Bu ilin iyunun 6-7-də Qurban bayramı qeyd olunacaq. Adətən Qurban bayramı ərəfəsində ətə tələbat artır. Bu isə öz növbəsində qurbanlıq üçün kəsiləcək ətin qiymətinin bahalaşmasına gətirib çıxarır.
Görəsən, anoloji vəziyyət bayram ərəfəsi, yəni may ayında özünü göstərə bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, ətin qiymətinin bahalaşması may ayının sonlarında baş verəcək:
“Yəni ətin qiymətinin bahalaşması sırf Qurban bayramı ərəfəsində baş verəcək. Yay aylarında ətə tələbat o qədər də yüksək deyil. Ona görə də əvvəlki illərdə olduğu kimi, bu ildə də Qurban bayramı ərəfəsində ətin qiymətində müəyyən qədər artım baş verəcək”.
Bununla belə, ekspert düşünür ki, bahalaşma elə də kəskin olmayacaq:
“Bu da yay aylarında ətə tələbatın azalmasından qaynaqlanır. Əhalinin alıcılıq qabiliyyətinin aşağı olması da buna imkan vermir. Ona görə də Qurban bayramı ərəfəsi ətin qiymətinin yüksək dərəcədə bahalaşacağını düşünmürəm. Müəyyən imkanlı şəxslərin qurban kəsməsilə bazarda tələbat artacaq. Həmin tələbin artmasına adekvat olaraq da qiymət müəyyən qədər bahalaşacaq. Amma bayramdan sonra qiymətlərin öz məcrasına qayıdacağı da gözləniləndir”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
14:20 / 02.04.2025
Ət daha da BAHALAŞACAQ – Bu TARİXDƏ
Hazırda oxunan: Ət daha da BAHALAŞACAQ – Bu TARİXDƏ
Hazırda oxunan: Ət daha da BAHALAŞACAQ – Bu TARİXDƏ
242046
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.