Ötən il xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 571,9 milyon ABŞ dolları və ya 34,6% azalaraq 1,08 milyard ABŞ dolları təşkil edib.
Bizim.Media "Trend"ə istinadla xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, ötən il Azərbaycana ən çox pul köçürmələri Rusiyadan olub. Bu ölkədən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 496,7 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 550,770 milyon ABŞ dolları və ya 52,6% azalma deməkdir.
Azərbaycana ən çox pul köçürmələri həyata keçirən ikinci ölkə 175,9 milyon ABŞ dolları ilə (illik müqayisədə 11,6 milyon ABŞ dolları və ya 7% çox) Türkiyə olub.
Siyahının üçüncü pilləsində isə 65 milyon ABŞ dolları (8,8 milyon ABŞ dolları və ya 11,9% az) ilə Amerika Birləşmiş Ştatları qərarlaşıb.
Ötən il Azərbaycana ən çox pul köçürən ölkələr aşağıdakı cədvəldə göstərilib:
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
20:35 / 29.03.2025
Ötən il Azərbaycana ən çox pul köçürən ölkələr - SİYAHI
Hazırda oxunan: Ötən il Azərbaycana ən çox pul köçürən ölkələr - SİYAHI
Hazırda oxunan: Ötən il Azərbaycana ən çox pul köçürən ölkələr - SİYAHI
241494
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.