VTB bank 226,2 milyon manat ZƏRƏRDƏDİR

VTB bank 226,2 milyon manat ZƏRƏRDƏDİR

Hazırda oxunan: VTB bank 226,2 milyon manat ZƏRƏRDƏDİR

241203

Rusiyanın VTB bankının Azərbaycanda törəmə müəssisəsi olan Bank VTB-də yerləşdirilən depozitlərin həcmi 2023-cü ildə azalıb.


Sfera.az xəbər verir ki, 2022-ci ildə 95 milyon manata yaxın depozitə sahib olan bankda 2023-cü ilin sonunda depozitlərin həcmi 89 milyon manata düşüb. 


Depozitlərin azalmasına səbəb hüquqi şəxslərin vəsaitlərin bir hissəsini bankdan götürməsidir. Bir il əvvəl hüquqi şəxslərin bankda 31 milyon manat depoziti olduğu halda 2023-cü ilin sonunda onların vəsaitinin həcmi 24 milyon manata düşüb. 


Hüquqi şəxslərin depozitlərinin azalmasına paralel olaraq bankın Mərkəzi Bank və dövlət fondları qarşısında, həmçinin kredit təşkilatları qarşısında öhdəliyinin məbləği artıb. Sözügedən qurumlar qarşısında Bank VTB-nin öhdəliyi 10 milyon manatdan çox artaraq 64 milyon manatı ötüb. 


Qeyd edək ki, Bank VTB Azərbaycanda fəaliyyət göstərən kiçik banklardan biridir. Bankda idarəçilik zəif olduğundan bankın əvvəlki illərdən qalmış böyük məbləğdə zərəri var. Son məlumata əsasən, bankın yığılmış zərəri 226,2 milyon manatdır. 


Altay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO