Martın 10-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti yenidən artmağa başlayıb.
Bizim.Media xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:00-da “CoinMarketCap” platformasında 0.65% bahalaşaraq 82 625 ABŞ dolları təşkil edib.
"Bitcoin" son bir sutkada isə 4% civarında ucuzlaşıb.
Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 5.34% azalaraq 2 072 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan Tether son sutkada 0,01%, XRP 5.77%, BNB isə 4.23% ucuzlaşıb.
Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
Bizim.Media