Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaradıldığı vaxtdan 31 dekabr 2024-cü il tarixinədək olan ümumi gəlirləri 207,3 milyard ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, bunu 2024-cü ilin investisiya yekunları və 2025-ci il üçün perspektivlərə həsr olunmuş media-brifinqdə ARDNF-in Risklərin İdarə Edilməsi Departamentinin direktoru Vadim Pşeniçnıy bildirib.
"Fondun fəaliyyəti dövründə neft-qaz sazişlərindən əldə olunan ümumi gəlirlər 192,4 milyard ABŞ dolları (bütün gəlirlərin 92,8 %-i), investisiya gəlirləri isə 14,9 milyard ABŞ dolları (7,2 %) təşkil edib", - o qeyd edib.
Onun sözlərinə görə, fondun ümumi xərcləri 147,3 milyard ABŞ dolları təşkil edib.
Bu məbləğdən 132,6 milyard ABŞ dolları (bütün xərclərin 90 %-i) dövlət büdcəsinə transfertlərin payına düşüb. 11,9 milyard ABŞ dolları (8,1 %-i) layihələrin maliyyələşdirilməsinə, 2,3 milyard ABŞ dolları (1,6 %) büdcədənkənar xərclərə, 0,47 milyard ABŞ dolları (0,3 %) isə əməliyyat xərclərinə yönəldilib.
1999-cu ildə yaradılmış fondda neft-qaz müqavilələrinin həyata keçirilməsindən əldə olunan gəlirlər toplanır. 31 dekabr 2024-cü il tarixinə ARDNF-in aktivləri 60,031 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:53 / 06.03.2025
Neft Fondunun gəlirləri 207 milyard dolları ÖTDÜ
Hazırda oxunan: Neft Fondunun gəlirləri 207 milyard dolları ÖTDÜ
Hazırda oxunan: Neft Fondunun gəlirləri 207 milyard dolları ÖTDÜ
237944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.