Rusiyanın Xabarovsk məhkəməsi 56 yaşlı yerli sakini Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat dərc etdiyinə görə 700 min rubl (təqribən 13561 manat) cərimələyib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Müstəntiqlərin fikrincə, Rusiya ordusu haqqında yalan məlumatların yer aldığı nəşrlər 2022-ci ilin aprel və 2023-cü ilin may aylarında bir adam tərəfindən qeyri-məhdud sayda insan üçün idarə olunan xəbər kanalında yerləşdirilib.
Məhkəmə lşahidlərin dindirilməsi, istintaq və digər tədbirlər əsasında qərar çıxarıb.
Vilayət İstintaq Komitəsinin mesajında cərimə tətbiq edilən şəxsin kimliyi açıqlanmayıb. Lakin aydınlaşdırılıb ki, söhbət Forbes jurnalının jurnalisti Sergey Minqazovdan gedir.
Minqazov ötən ilin aprelində Rusiya Silahlı Qüvvələri haqqında nifrət və ya düşmənçilik zəminində saxta məlumatlar yaydığına görə saxlanılıb. /baku.ws
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
15:36 / 26.02.2025
Saxta xəbər yayan jurnalist 700 min CƏRİMƏLƏNDİ
Hazırda oxunan: Saxta xəbər yayan jurnalist 700 min CƏRİMƏLƏNDİ
Hazırda oxunan: Saxta xəbər yayan jurnalist 700 min CƏRİMƏLƏNDİ
236670
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.