Yaxın vaxtlarda Xudafərin su bəndinə su vurulacaq - RƏSMİ

Yaxın vaxtlarda Xudafərin su bəndinə su vurulacaq - RƏSMİ

Hazırda oxunan: Yaxın vaxtlarda Xudafərin su bəndinə su vurulacaq - RƏSMİ

23645

İran - Azərbaycan sərhədində Araz çayı üzərində yerləşən Xudafərin su bəndinə yaxın vaxtlarda su vurulacaq və hər iki ölkə ondan bəhrələnəcək.

Bizim.Media xəbər verir ki, bunu İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayəti regional su şirkətinin direktoru Yusif Qaffarzadə deyib.

Y.Qaffarzadənin sözlərinə görə, hazırda Xudafərin su bəndində fiziki işlərdə 98-99% irəliləyiş var. Xudafərin su bəndi Araz su bəndindən 196 km məsafədə yerləşir və 1,6 milyard kubmetr tutumu var.

Qaffarzadə əlavə edib ki, Xudafərin su bəndində hər biri 100 meqavat saat olmaqla 2 ədəd elektrik stansiyası inşa olunur. Bu stansiyalardan biri İran, digəri isə Azərbaycan üçün elektrik istehsal edəcək.

Şirkət rəsmisi bildirib ki, Xudafərin və Qız Qalası su anbarları və hidroqovşaqlarının inşasına başlanıldığı vaxtda Azərbaycan tərəfində olan ərazilər münaqişə zonası olduğuna görə, bütün işlər İran tərəfindən həyata keçirilib. Azərbaycan rəsmiləri bu proyektin icrasına nəzarət edib və bu haqda məlumatlandırılıblar.

Qaffarzadə qeyd edib ki, Araz çayı üzərindəki proyektlərin, xüsusilə Su Elektrik Stansiyalarının tez bir zamanda Azərbaycanın iştirakı ilə başa çatdırılacağına ümid edilir.

“Xudafərin və Qız Qalası su bəndləri və hidroqovşaqlarının inşa olunması ilə əlaqədar xərclənən vəsait haqda iki ölkə arasında birgə komissiya yaradılıb” - deyə, o qeyd edib. (trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO