2024-cü ildə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 1 faiz bəndi azalaraq 10 %-ə düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın məlumatında qeyd olunub.
Məlumata görə, il ərzində məişət avadanlıqlarının alınması üçün verilən istehlak kreditlərinin orta illik faiz dərəcəsi dəyişməyərək 25 % qalıb, təmir kreditlərinin orta faiz dərəcəsi isə 1 faiz bəndi azalaraq 16 % olub.
Hesabat dövründə kredit kartları vasitəsilə milli valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 2023-cü ilin sonuna olan göstərici ilə müqayisədə 2 faiz bəndi artaraq 26 %-ə çatıb, xarici valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi isə dəyişməyərək 5 % qalıb.
2024-cü ilin sonuna digər istehlak kreditləri üzrə milli valyutada kreditlər üzrə orta illik faiz dərəcəsi 2023-cü ilin sonuna olan göstərici ilə müqayisədə 3 faiz bəndi artaraq 20 %-ə çatıb.
Bizim.Media
![Kreditlə avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR Kreditlə avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR](https://bizim.media/file/articles/2025/02/15/1739602161_5296477863710680700.jpg)
- A-
- A
- A+
İqtisadiyyat
11:32 / 15.02.2025
Kreditlə avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR
Hazırda oxunan: Kreditlə avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR
Hazırda oxunan: Kreditlə avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR
234857
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.