Ötən il Azərbaycanın dövlət borcu ÜDM-in 21,7 faizini təşkil edib

Ötən il Azərbaycanın dövlət borcu ÜDM-in 21,7 faizini təşkil edib

Hazırda oxunan: Ötən il Azərbaycanın dövlət borcu ÜDM-in 21,7 faizini təşkil edib

234579

Cari ilin yanvarın 1-nə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 27 milyard 380,2 milyon manat və ya 2024-cü il üzrə 126 milyard 337 milyon manat məbləğində olan Ümumi Daxili Məhsulun (ÜDM) 21,7 faizini təşkil edib. Ümumi dövlət borcunun 8 milyard 720,5 milyon manatı (5 milyard 129,7 milyon dollar) və ya 31,8 faizi xarici dövlət borcunun, 18 milyard 659,7 milyon manatı və ya 68,2 faizi daxili dövlət borcunun payına düşür.

Maliyyə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, yanvarın 1-nə xarici dövlət borcu 5 milyard 129,7 milyon dollar və ya 2024-cü il üzrə 126 milyard 337 milyon manat (74 milyard 315,9 milyon dollar) məbləğində olan ÜDM-in 6,9 faizini təşkil edib.

Xarici dövlət borcu xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla 2024-cü ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1 milyard 331,5 milyon dollar və ya 20,6 faiz azalıb. 2024-cü il ərzində kredit sazişləri çərçivəsində istifadə olunan vəsait müqabilində 1 milyard 376 milyon dollar məbləğində vaxtı çatmış əsas borc ödənişlərinin, o cümlədən beynəlxalq maliyyə bazarlarında 2014-cü ildə yerləşdirilmiş istiqrazlar (avrobondlar) üzrə 900 milyon dollar məbləğində ödənişlərin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirib.

2025-ci il yanvarın 1-nə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2024-cü ilin əvvəli ilə müqayisədə 2 faiz bəndi azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO