Ötən il turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşların turizm məqsədilə çəkdikləri xərclərin həcmi 2,2 milyard manat olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Statistika Komitəsi yayıb.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 700 milyon manat və ya 47% çoxdur. Belə ki, 2023-cü ildə turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşların turizm məqsədilə çəkdikləri xərclərin həcmi 1,5 milyard manat təşkil edib.
Qeyd edək ki, bəhs olunan dövrdə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının sayı 2,15 milyon nəfər olub. Onlardan 1,365 milyon nəfəri turizm məqsədilə səfər edib. Turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşların 806 min nəfəri kişilər, 558 min nəfəri qadınlar olub. Bu şəxslərin 1,337 milyon nəfəri hava nəqliyyatı ilə, 28 min nəfəri dəniz nəqliyyatı ilə səyahət edib.
Bizim.Media
![Xaricə turist kimi gedən vətəndaşlarımız 2,2 milyard manat xərcləyib Xaricə turist kimi gedən vətəndaşlarımız 2,2 milyard manat xərcləyib](https://bizim.media/file/articles/2025/02/12/1739352150_turist_esas.jpg)
- A-
- A
- A+
İqtisadiyyat
13:50 / 12.02.2025
Xaricə turist kimi gedən vətəndaşlarımız 2,2 milyard manat xərcləyib
Hazırda oxunan: Xaricə turist kimi gedən vətəndaşlarımız 2,2 milyard manat xərcləyib
Hazırda oxunan: Xaricə turist kimi gedən vətəndaşlarımız 2,2 milyard manat xərcləyib
234394
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.