Pensiyaçılara ŞAD XƏBƏR: Bu tarixdə artımla ödəniləcək – RƏSMİ

Pensiyaçılara ŞAD XƏBƏR: Bu tarixdə artımla ödəniləcək – RƏSMİ

Hazırda oxunan: Pensiyaçılara ŞAD XƏBƏR: Bu tarixdə artımla ödəniləcək – RƏSMİ

234077

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu sabah - fevralın 11-də fevral ayı üzrə pensiyaların ödənişinə başlayacaq.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən xəbər verilib.
 

Bildirilib ki, həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.


Qeyd edək ki, 1 yanvar 2025-ci ilədək təyin edilmiş bütün növ pensiyaların ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılması və fevralın 1-dən minimum pensiyanın artırılaraq 280 manatdan 320 manata çatdırılması təmin edilib.

Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödəniləcək. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO