Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İngiltərənin tanınmış şirkəti “Metatek” ilə əməkdaşlıq çərçivəsində ilk dəfə quru sahəsində aeroqravimetrik tədqiqat işlərinə start verib.
SOCAR-dan Bizim.Media-ya bildirilib ki, bu üsul geniş ərazilərdən qısa zamanda yüksək dəqiqliklə məlumat əldə etməyə imkan yaradır.
Bu çərçivədə dünyada məşhur “LockheedMartin” şirkətinin ən son “eFTG” texnologiyası tətbiq olunacaq, həmçinin maqnetik ölçmələr və LiDAR texnologiyası vasitəsilə relyefin 3D modeli əldə ediləcək. Əldə olunan nəticələr ölkəmizin yeraltı süxurları və strukturları haqqında daha müfəssəl məlumat toplamağa, habelə neft-qaz və digər təbii sərvətlərin aşkarlanmasına imkan yaradacaq.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:12 / 01.02.2025
SOCAR ilk dəfə quru sahəsində aeroqravimetrik tədqiqat işlərinə start verdi – FOTO
Hazırda oxunan: SOCAR ilk dəfə quru sahəsində aeroqravimetrik tədqiqat işlərinə start verdi – FOTO
Hazırda oxunan: SOCAR ilk dəfə quru sahəsində aeroqravimetrik tədqiqat işlərinə start verdi – FOTO
232764
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.