Dollar alanların sayı AZALIB

Dollar alanların sayı AZALIB

Hazırda oxunan: Dollar alanların sayı AZALIB

225945

Bu gün Mərkəzi Bankda keçirilən növbəti valyuta hərracında tələbin kəskin azalması müşahidə edilib.


Sfera.az xəbər verir ki, hərracda tələb 4 milyon ABŞ dolları təşkil edib.


Avqustda 3 hərrac keçirilib. İlk hərracda tələb 66,1 milyon dollar olduqdan sonra növbəti iki hərracda tələbin zəiflədiyi görünür. İkinci hərracda tələb 22,9 milyon dollara düşdükdən sonra, bu gün daha da azalıb. 


Ümumiyyətlə, Azərbaycanda bu il dollara tələbin zəif olması müşahidə edilir. Buna görə də Dövlət Neft Fondu hərracda nəzərdə tutduğundan az valyuta sata bilir. Ötən ay cəmi 272,7 milyon dollar valyutanın satılması da bunun əlamətidir. 


Vasif


 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO