Alkoqollu içkilərin minimum satış qiyməti müəyyən OLUNACAQ

Alkoqollu içkilərin minimum satış qiyməti müəyyən OLUNACAQ

Hazırda oxunan: Alkoqollu içkilərin minimum satış qiyməti müəyyən OLUNACAQ

225481

Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilə bağlı dəyişiklik təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bununla bağlı "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb və qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq İcra Hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
 

Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.


Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO