Bu il pensiya ödənişlərinə 6 milyard manata yaxın vəsait XƏRCLƏNİB – FOTO

Bu il pensiya ödənişlərinə 6 milyard manata yaxın vəsait XƏRCLƏNİB – FOTO

Hazırda oxunan: Bu il pensiya ödənişlərinə 6 milyard manata yaxın vəsait XƏRCLƏNİB – FOTO

225213

Bu ilin 11 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 711 milyon manat çox olmaqla, 5 milyard 949 milyon manat vəsait yönəldilib.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin dövrdə ölkə üzrə pensiyaların orta aylıq məbləği 13 faiz artaraq 494 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 12 faiz artaraq 527 manata çatıb.

Yanvar-noyabr aylarında 33 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 135 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO