Rusiya qazından imtina edən Moldovada FÖVQƏLADƏ VƏZİYYƏT

Rusiya qazından imtina edən Moldovada FÖVQƏLADƏ VƏZİYYƏT

Hazırda oxunan: Rusiya qazından imtina edən Moldovada FÖVQƏLADƏ VƏZİYYƏT

225052

Rusiya qazının kəsilməsi təhlükəsi ilə əlaqədar Moldovada fövqəladə vəziyyət rejimi tətbiq olunacaq .

Bizim.Media “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkə parlamenti qərar qəbul edib. 

Səsvermədə iştirak edən 101 deputatdan 56-sı qərarın lehinə səs verib.
 

Qərara əsasən, Moldovada dekabrın 16-dan 60 gün müddətinə fövqəladə vəziyyət rejimi tətbiq ediləcək. 


Qeyd edək ki, Kişinyov Rusiya qazını Ukrayna ərazisindən tranzitlə alır. Moldova rəsmiləri daha əvvəl bir neçə dəfə bildiriblər ki, ölkə Rusiya Federasiyasından qazın tranziti üçün Qazprom ilə müqaviləni yeniləmək niyyətində deyil. Tərəflər arasında hazırkı müqavilənin müddəti isə 2024-cü il dekabrın 31-də başa çatır. Rusiyadan ölkəyə qaz axınının 2025-ci il yanvarın 1-dən dayandırılacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO