Azərbaycanın iqtisadi reytinqi sabit saxlanılıb

Azərbaycanın iqtisadi reytinqi sabit saxlanılıb

Hazırda oxunan: Azərbaycanın iqtisadi reytinqi sabit saxlanılıb

2238

Azərbaycanın reytinqləri BB+ səviyyəsində saxlanılıb.  

Bizim.Media bildirir ki, bu barədə "RAEX Europe" reytinq agentliyi məlumat verib.

Agentliyin Azərbaycanla bağlı iqtisadi reytinqində bildirilib ki, hazırda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri ölkədəki maliyyə vəziyyətini sabit saxlamağa kifayət edir. Pandemiya və hərbi qarşıdurmalara baxmayaraq hökumətin ARDNF-də güclü maliyyə resursları mövcuddur.

ARDNF-nin aktivlərinin 2020-ci ilin III rübündə əsasən valyuta dəyişikliyi ilə əlaqəli büdcədənkənar gəlirlər hesabına bərpa olunduğu vurğulanıb.

Bundan əlavə, Azərbaycan Mərkəzi Bankının (AMB) beynəlxalq ehtiyatlarının səviyyəsi də məqbul hesab edilib.

Eyni zamanda qeyd edilib ki, 2020-ci ildə Azərbaycanın bank sistemindəki göstəricilər indiyə qədər maliyyə sabitliyi baxımından ən yaxşı göstəricilər hesab edilə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO