Azərbaycan bankları nağd valyuta alqı-satqısını azaldıb

Azərbaycan bankları nağd valyuta alqı-satqısını azaldıb

Hazırda oxunan: Azərbaycan bankları nağd valyuta alqı-satqısını azaldıb

22250

2021-ci ilin birinci rübündə Azərbaycan bankları nağd valyuta alqı-satqısı əməliyyatlarını iki dəfə azaldıb.

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankın pul-kredit siyasəti icmalında qeyd olunub.

Hesabat dövründə 1,1 milyard dollar həcmində nağd valyuta alqı-satqısı baş tutub. Bu əməliyyatlarda ABŞ dollarının payı 89 faiz təşkil edib.

Bu ilin birinci rübündə Azərbaycanın nağdsız valyuta bazarı 5,9 milyard dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz azdır. Bu məbləğin 85,6 faiz ABŞ dollarının payına düşüb. 

Mərkəzi Bankın hesabatına əsasən, yanvar-mart aylarında nağdsız əməliyyatların 69,4 faizi bankdaxili, 30,6 faizi banklararası valyuta bazarının payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO