Nazir: "Neft ucuzlaşsa, ehtiyat addımlarımız var"

Nazir: "Neft ucuzlaşsa, ehtiyat addımlarımız var"

Hazırda oxunan: Nazir: "Neft ucuzlaşsa, ehtiyat addımlarımız var"

221553

“Şübhəsiz ki, istənilən proqnoz müəyyən risklərə məruz qala bilər. Ona görə qeyd etmək istəyirəm ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin layihəsini hazırlayarkən İqtisadiyyat Nazirliyi tərəfindən tərtib olunan makroiqtisadi proqnozları əsas götürüb. Bildiyimiz kimi, neft qiymətlərinin proqnozunda üç senari var: Optimist, baza və pessimist ssenari. Bizim büdcə proqnozları baza ssenarisi üzərində qurulub. Baza ssenarisində isə neftin qiyməti 70 dollar götürülüb. Pessimist ssenaridə bu qiymət 60 dollar səviyyəsində götürülür”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, neftin qiyməti düşərsə, Dövlət Vergi Xidməti tərəfindən büdcə daxiolmalarının 340 milyon manat azalması proqnozlaşdırılır:

“Bu o qədər də sarsıdıcı fakt ola bilməz. Dövlər Neft Fondunun gəlirlərinə gəldikdə isə təsir daha yüksəkdir. Burada söhbət 2 milyard 100 milyon manatlıq təsirdən gedir.

Cari ilin büdcəsində neftin qiymətini 60 dollardan 75 dollara kimi yüksəltmişik. Növbəti il üçün isə bu qiyməti 5 dollar az götürmüşük. Əgər neftin qiyməti enərsə, mənfi təsirləri qarşılaya bilmək üçün ehtiyat addımlarımız var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO