Mərkəzi Bankın sədri gələn il üçün manatın məzənnəsini AÇIQLADI

Mərkəzi Bankın sədri gələn il üçün manatın məzənnəsini AÇIQLADI

Hazırda oxunan: Mərkəzi Bankın sədri gələn il üçün manatın məzənnəsini AÇIQLADI

221265

"Mərkəzi Bankın ilk növbədə mandatı makroiqtisadi sabitliyin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün hər hansı rejim uyğundursa, onu da seçəcəyik. Bu gün hökumətlə bir yerdə düşünürük ki, makroiqtisadi sabitliyin təmin edilməsi üçün sabit məzənnə rejimi ən əlverişlidir". 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. 

"Gələn il, o biri il üzən məzənnəyə keçmək kimi məqsədimiz yoxdur. Bu il, növbəti illərdə də büdcə və orta müddətli xərclərdə də gördüyünüz kimi, manat/dollarda 1,7 məzənnə proqnozlaşdırılıb. Orta müddətli dövrdə də sabit məzənnə rejimini makroiqtisadi sabitliyin təmin edilməsi üçün əlverişli hesab edirik", - deyə Taleh Kazımov bildirib. 

Taleh Kazımov bildirib ki, “Mərkəzi Bankın ilk növbədə mandatı makroiqtisadi sabitliyin təmin edilməsidir” deyib və əlavə edib: 

“Bu məqsədə nail olmaq üçün hər hansı rejim uyğundursa, onu da seçəcəyik. Makroiqtisadi sabitliyin təmin edilməsi üçün sabit məzənnə rejimi ən əlverişlidir. Orta müddətli dövrdə də sabit məzənnə rejimini makroiqtisadi sabitliyin təmin edilməsi üçün əlverişli hesab edirik". 

Qeyd edək ki, büdcə müzakirəsi zamanı deputat Əli Məsimli bildirib ki, üzən məzənnə rejiminə keçmək lazımdır: 

“Beləliklə manatın ətrafında olan həyəcanlar aradan qalxar. Aydın məsələdir ki, yaxın illərdə üzən məzənnə rejiminə keçilməsi real görünmür”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO