Azərbaycanda bu məhsulların istehsalı artdı

Azərbaycanda bu məhsulların istehsalı artdı

Hazırda oxunan: Azərbaycanda bu məhsulların istehsalı artdı

22049

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda emal sənayesində 4 milyard 542,3 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Bizim.Media xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 98,7 faiz, qida məhsullarının istehsalında isə 6,9 faiz artım, içki istehsalında isə 9,9 faiz azalma müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 2,3 dəfə, duru bitki yağlarının istehsalı 17,4 faiz, kərə yağı istehsalı 6,0 faiz, kolbasa məmulatlarının istehsalı 4,3 faiz artıb, marqarin istehsalı isə 16,2 faiz azalıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO