Nazirdən paylaşım: Rusiya Azərbaycanın \

Nazirdən paylaşım: Rusiya Azərbaycanın \"Elektron imza\"sını tanıyacaq

Hazırda oxunan: Nazirdən paylaşım: Rusiya Azərbaycanın \"Elektron imza\"sını tanıyacaq

21593

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Rusiyaya səfəri zamanı bu ölkədən olan həmkarı ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu haqda nazir sosial şəbəkə hesabındakı paylaşımında yazıb:

"Moskva şəhərində Rusiya Federasiyasının rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri cənab Maksut Şadayevlə görüşdük. İki ölkə arasında “bulud” texnologiyaları, elektron imzanın tətbiqi üçün açıq açar infrastrukturu sahələrində əməkdaşlıq imkanları barədə danışdıq. Qeyd olunan sahələrdə milli qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən kadr hazırlığı üzrə əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəldik”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO