İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 16 nəqliyyat vasitəsi satılıb.
Bizim.Media xəbər verir ki, bu barədə xidmətin məlumatında bildirilib. Qeyd olunub ki, nəqliyyat vasitələrinin bəziləri rəqabətli olaraq satılıb.
Belə ki, start qiyməti 15 900 manat olan “Kia Sportage” markalı avtomobil 18 300 manata, 15 000 manat olan “Hyundai Azera” markalı nəqliyyat vasitəsi isə 17 000 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə linki vasitəsilə tanış olmaq olar. 8 və 16 oktyabrda keçiriləcək növbəti hərraclara səhmdar cəmiyyətlərinin səhm paketi, qeyri-yaşayış sahəsi, fərdi yaşayış evi, torpaq sahəsi və əmlak kompleksi çıxarılacaq.
Hərraca çıxarılan əmlakların siyahısı ilə linki vasitəsilə tanış olmaq mümkündür.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:09 / 04.10.2024
Azərbaycanda daha 16 nəqliyyat vasitəsi özəlləşdirilib
Hazırda oxunan: Azərbaycanda daha 16 nəqliyyat vasitəsi özəlləşdirilib
Hazırda oxunan: Azərbaycanda daha 16 nəqliyyat vasitəsi özəlləşdirilib
214551
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.