Dövlət orqanlarında 36 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Dövlət orqanlarında 36 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Hazırda oxunan: Dövlət orqanlarında 36 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

212861

Dövlət orqanlarında sentyabrın 2-də elan olunmuş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elan üzrə 16 dövlət orqanında mövcud olan 36 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-ya bildirilib ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 63 namizədlə 65 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsahibə sayı İqtisadiyyat Nazirliyi, Daxili nəzarət şöbəsi, Risklərin idarə edilməsi sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 10 nəfər) vəzifəsi üzrə yaranıb.

Müsahibələrin sentyabrın 30-dan oktyabrın 24-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər. Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO