Azərbaycanda təbii qazla təmin olunan əhali abonentlərinin sayı açıqlandı

Azərbaycanda təbii qazla təmin olunan əhali abonentlərinin sayı açıqlandı

Hazırda oxunan: Azərbaycanda təbii qazla təmin olunan əhali abonentlərinin sayı açıqlandı

21285

Aprel ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 5 min 885 yeni abonent qeydiyyata alınıb.

Bizim.Media-ya bildirilib ki, onlardan 3 min 995-i Bakı, Abşeron və Sumqayıt, 1890-ı isə regionların payına düşür. Bu ilin 4 ayı ərzində əhali sektoru üzrə 31 min 429 yeni abonent qeydiyyata alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

60 abonent qazsız qaldı - SƏBƏB


Beləliklə, indiyədək ölkədə təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 milyon 358 min 910-a bərabər olub. Bu statistik rəqəmə Bakı şəhəri üzrə 918 min 440, regionlar üzrə isə 1 milyon 440 min 470 abonent daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO