Azərbaycan Almaniyanın Hannover şəhərində keçirilən “DOMOTEX-2018”x9dxa0 beynəlxalq xalça sərgisində iştirak edir. Azərbaycan xalçaları ziyarətçilərin böyük marağına səbəb olub.
Moderator.az xəbər verir ki, hər il keçirilən beynəlxalq xalça sərgisinin bu dəfəki nümayişində bir neçə ölkənin xalçaçılıq sənəti nümunələri, eləcə də şəxsi kolleksiyalarda saxlanılan xalçaların eskizləri nümayiş etdirilir. Ölkəmiz sərgiyə Azərbaycan brendi kimi xalçaçılıq məktəbimizin ən gözəl nümunələri ”“ İrəvan, Naxçıvan, Qarabağ, Bakı, Təbriz, Quba, Şirvan və Qazax-Borçalı xalçaları ilə qatılıb. Artıq ikinci dəfədir ki, bu sərgidə nümayiş etdirilən “Azərxalça”x9dnın məhsulları iştirakçılar tərəfindən böyük maraqla qarşılanır. “Azərxalça”x9d Açıq Səhmdar Cəmiyyətinə məxsus pavilyonda ən çox maraq cəlb edən xalçaçılıq sənəti nümunələri nümayiş olunur. Əcnəbi ziyarətçilərin marağına səbəb olan Azərbaycan xalçaları arasında zəngin mədəniyyətimizin 150 illik və daha qədimxa0 tarixindən xəbər verənləri də vardır.

“Azərxalça”x9d Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Orxan Rzayev bildirib ki, sərgidə nümayiş etdirilən Azərbaycan xalçaları digər ölkələrin məhsullarından fərqlənir. Azərbaycan xalçasının unikallığı, yununun və boyasının keyfiyyəti digərlərindən daha üstündür. “Azərxalça”x9d dünya bazarında öz məhsullarını hər il yenilik qataraq təqdim edir. Bizim xalça ustalarımız qədim çeşnilərdən istifadə etməklə yanaşı, yeni çeşnilər də yaradırlar.
Sərgidəki xarici ölkələrin pavilyonlarında da müxtəli ornamentlərlə zəngin olan qədim Azərbaycan xalçaları nümayiş olunur. Buradakı xalçalar müxtəli xalçaçılıq məktəblərinə aiddir. Sərgini ziyarət edənlər Azərbaycan xalçalarına olan heyranlıqlarını gizlədə bilmirlər.
“Mən Azərbaycan xalçaları haqqında məlumatlıyam. Çox vaxt Azərbaycan xalçalarını Əfqanıstan və Pakistan xalçaları ilə səhv salırlar. Biz Azərbaycan xalçalarını Finlandiyada satışa çıxarmaq istəyirik. Bu xalçalar əsl sənət nümunələridir”x9d,- sərgi iştirakçısı İrhan Nisametdin Azərbaycan televiziyasına müsahibəsində belə deyib.
Digər sərgi iştirakçısı Roman Frank isə bildirib ki, burada nümayiş etdirilən Azərbaycan xalçaları təmiz əl işidir. Əl və maşın arasındakı fərq həmişə gözə çarpır. Əl işi çox incədir, maşın bunu heç vaxt edə bilməz. Göz bu fərqi görür. Ona görə mən həmişə əl işinə üstünlük verirəm.
Qeyd edək ki, DOMATEX beynəlxalq sərgisi ilk dəfə 1989-cu ildə keçirilib. O vaxtdan indiyədək hər ilxa0 dünyanın xalçaçılıq sahəsinin aparıcı istehsalçıları, topdan və pərakəndə satış təmsilçiləri Almaniyanın Hannover şəhərində keçirilən sərgidə bir araya gəlirlər. DOMATEX xalça bazarının müasir vəziyyətini, bu sahədə olan yenilikləri öyrənmək baxımından da geniş imkanlar açır.




































































































