Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin HƏCMİ AÇIQLANDI

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin HƏCMİ AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin HƏCMİ AÇIQLANDI

207313

2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 572.8 milyon ABŞ dolları təşkil edib. 

Bizim.Media xəbər verir ki, “apa.az”ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.2% və ya 127.5 milyon ABŞ dolları artıb. 
 

Hesabat dövründə Azərbaycandan Rusiyaya ixrac 7.8% azalaraq 656 milyon 46 min dollara, Rusiyadan Azərbaycana ixrac isə 10.6% artaraq 1 milyard 916.7 milyon dollara bərabər olub. Bu dövrdə Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Belə ki, cari ilin yanvar-iyul ayları ərzində Azərbaycandan Rusiyaya 641 milyon 87 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. 


Bu dövrdə Azərbaycandan Rusiyaya əsasən meyvə-tərəvəz ( pomidor, kartof, alma, meşə fındığı, albalı, çiyələk, xurma və sair) meyvə şirələri, ilkin formalı propilen sopolimerləri və başqa məhsullar ixrac edilib. 

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi, ölkənin ümumi ticarət dövriyyəsinin 9.57%-nə bərabər olub. 

Xatırladaq ki, cari ilin yeddi ayında Azərbaycanın ticarət dövriyyəsi 26 milyard 892 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 1 milyard 874.7 milyon ABŞ dolları təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO