"Alibaba"nın xalis mənfəəti 19% azalıb

Hazırda oxunan: "Alibaba"nın xalis mənfəəti 19% azalıb

2063

Çinin ən böyük internet şirkəti olan "Alibaba Group Holding"in 2020-2021-ci maliyyə ilinin ilk yarısında (sentyabrın 30-da bitən) xalis mənfəəti illik ifadədə 19% azalaraq 10,746 mlrd. ABŞ dolları təşkil edib.

Bizim.Media-nın məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Hesabat dövründə şirkətin bir səhm üzrə seyrəltilmiş mənfəəti bir il əvvəlki 4,45 yuandan (0,66 dollar) 3,48 yuana (0,51 dollar) düşüb. Gəlirlər 30% artaraq 45,483 mlrd. dollara çatıb.

Cari ilin III rübündə "Alibaba"nın xalis mənfəəti 3,907 mlrd. dollara bərabər olub ki, bu da bir il əvvəlkindən 2,6 dəfə azdır. Üç ay ərzində hər səhm üzrə seyrəltilmiş mənfəət ötənilki 3,44 yuandan (0,51 dollar) 1,31 yuana (0,19 dollar) düşüb. "Alibaba"nın ötən rüb gəliri 30,2% artaraq 22,838 mlrd. dollara çatıb.

"Alibaba Group" – elektron ticarət sahəsində fəaliyyət göstərən Çinin ən böyük internet şirkətidir. Şirkət 1999-cu ildə Cek Ma tərəfindən təsis olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO