Bu ilin yanvar-iyul aylarında icbari tibbi sığorta haqları üzrə daxilolmalar 8 % artaraq 578,9 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,2 % artaraq 406,5 milyon manat olub.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirlib ki, Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3,3 milyard manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 % çoxdur.
O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,1 % artaraq 2,1 milyard manat təşkil edib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12,4 % artaraq 118,2 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,2 % artaraq 88,2 milyon manata çatıb.
Bizim.Media