Azərbaycanda YENİLİK – “Bitcoin”i haradan və necə almaq olar?

Azərbaycanda YENİLİK – “Bitcoin”i haradan və necə almaq olar?

Hazırda oxunan: Azərbaycanda YENİLİK – “Bitcoin”i haradan və necə almaq olar?

205156

Azərbaycanda son illərdə kriptovalyutaların ticarətinə maraq artmaqdadır. Hətta yerli banklar vasitəsi ilə də kripto almaq  mümkündür və daha əlçatımlıdır. 

Kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev Bizim.Media-ya bildirib ki, qiymətlərin artım tendensiyası və ölkəmizdə alqı-satqı prosedurlarının asanlaşdırılması bu sektora marağı daha da artırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bitkoin 12 %-dən çox ucuzlaşıb


“Hazırda vətəndaşlarımız üçün kriptovalyuta almağın ən asan yolu “azebirja.az” platforması ilə mümkündür. “azebirja.az” kiçik məbləğlərdə yatırım etmək istəyən vətəndaşlar və həvəskar investorlar üçün əla fürsətdir. Birja istifadəçiləri manat ilə ticarət edə biləcək və bu zaman daha az komissiya xərci ödəyəcəklər. Birjaya mədaxil ölkənin istənilən bank kartları, “Mpay”, “eManat” vasitəsilə mümkündür. Bundan əlavə, birjanın 7/24 fəaliyyət göstərən “7800 “ Çağrı Mərkəzi var”. 

“Binance” ilə “m10”  əməkdaşlığı

Ekspert deyir ki, Azərbaycanda kripto alışının sadələşdirilməsi üçün müxtəlif addımlar atılmağa davam edir:

“Ölkəmizdə rəqəmsal valyutaların ticarəti və mədaxil-məxaric prosedurlarının asanlaşdırılması istiqamətində daha bir yenilik cari ilin iyul ayında “m10” platforması tərəfindən təqdim edilib. Dövriyyəsinə görə ən iri kriptovalyuta birjası olan “Binance” ilə “M10” arasında əməkdaşlıq çərçivəsində istifadəçilər birjaya manat ilə mədaxil və ya məxaric edə biləcəklər. Bu, Azərbaycandan olan “Binance” istifadəçilərinin birjada olan rəqəmsal aktivlərinin milli valyutaya konvertasiya prosedurunu daha da asanlaşdıracaq”.

Nuray, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO