Kür çayına balıq körpələri buraxıldı - FOTO

Kür çayına balıq körpələri buraxıldı - FOTO

Hazırda oxunan: Kür çayına balıq körpələri buraxıldı - FOTO

205068

Biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı Yevlax rayonunda keçirilib.
 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Sfera.az-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, Su Nəqliyyatında Polis İdarəsinin və Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsinə 100 000 ədəd çəkikimi balıq körpəsi buraxılıb.
 

Xidmət rəisi qeyd edib ki, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə il ərzində təbii su hövzələrinə ümumilikdə 4 milyondan çox çəkikimi, nərəcinsli və qızılbalıq körpələri buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO