ABŞ pandemiyalarla mübarizə fonduna təqribən 667 milyon dollar vəsait ayırmaq niyyətindədir.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen Rio-de-Janeyroda G20 ölkələrinin maliyyə qurumları və mərkəzi banklarının rəhbərlərinin görüşündə məlumat verib.
"Birləşmiş Ştatlar pandemiyalarla mübarizə fonduna təqribən 667 milyon dollar məbləğində vəsait ayırmaq niyyətindədir”, - Yellen qeyd edib.
Bildirilib ki, sözügedən məbləğ fondun 2026-cı ilə qədər pandemiyaya qarşı mübarizə səylərini dəstəkləmək üçün bəyan olunmuş 2 milyard ABŞ dolları məbləğində vəsaitin üçdə bir hissəsini təşkil edəcək.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:50 / 24.07.2024
ABŞ pandemiyalarla mübarizə fonduna 667 milyon dollar AYIRIR
Hazırda oxunan: ABŞ pandemiyalarla mübarizə fonduna 667 milyon dollar AYIRIR
Hazırda oxunan: ABŞ pandemiyalarla mübarizə fonduna 667 milyon dollar AYIRIR
203457
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.