Bu sahədə çalışanlar 4 min manata yaxın maaş ALIR  

Bu sahədə çalışanlar 4 min manata yaxın maaş ALIR  

Hazırda oxunan: Bu sahədə çalışanlar 4 min manata yaxın maaş ALIR  

202575

2024-cü ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq, 1003,3 manat təşkil edib. 

Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Əməkhaqqı neft-qaz sektorunda 3901,5 manat, qeyri neft-qaz sektorunda 948,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 945,0 manat, özəl müəssisələrdə isə 1066,1 manat olub. 

2024-cü il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5280,6 min nəfər olub, onlardan 4996,5 min nəfərini məşğul əhali təşkil edib. Cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1749,4 min nəfər, o cümlədən, iqtisadiyyatın dövlət sektorunda 893,1 min nəfər, qeyri-dövlət sektorunda isə 856,3 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1717,5 min nəfər çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO