Azərbaycanla İtaliya arasında Orta Dəhlizlə bağlı əməkdaşlıq müzakirə edildi - FOTO

Azərbaycanla İtaliya arasında Orta Dəhlizlə bağlı əməkdaşlıq müzakirə edildi - FOTO

Hazırda oxunan: Azərbaycanla İtaliya arasında Orta Dəhlizlə bağlı əməkdaşlıq müzakirə edildi - FOTO

202351

Azərbaycan İtaliya ilə Orta Dəhlizin inkişafı və bu çərçivədə əməkdaşlığın perspektivlərini müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müzakirələr nazir Mikayıl Cabbarov ilə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko arasında görüş zamanı baş tutub.

Görüşdə ölkələr arasında digər sahələrdə olduğu kimi, iqtisadi-ticarət əməkdaşlığının dinamik surətdə inkişaf etməsindən məmnunluq ifadə olunub. Azərbaycan ilə İtaliya arasında əlaqələrin xüsusilə enerji sahəsindən başlandığı, sonra müxtəlif sahələri, o cümlədən informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, kənd-təsərrüfatı, “yaşıl” enerji və digər sahələri əhatə etdiyi bildirilib.
Tərəflər ölkələrin səmərəli əməkdaşlığının gücləndirilməsi üçün birgə təşəbbüslərin dəstəklənməsinin vacibliyini, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində əməkdaşlıq potensialını vurğulayıblar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO