Azərbaycanda iyul ayında sutkalıq kirayənin orta qiyməti AÇIQLANDI 

Azərbaycanda iyul ayında sutkalıq kirayənin orta qiyməti AÇIQLANDI 

Hazırda oxunan: Azərbaycanda iyul ayında sutkalıq kirayənin orta qiyməti AÇIQLANDI 

201857

Bu ilin iyul ayında Azərbaycanda 3, 4 və 5 ulduzlu mənzillərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə sutkalıq kirayənin orta qiyməti müvafiq olaraq 156,6 manat, 182 manat və 371,6 manat təşkil edib. 

Bizim.Media bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir. 

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 3 ulduzlu mənzillərdə orta qiymət 21,8 % artıb, 4 və 5 ulduzlu mənzillərdə isə müvafiq olaraq 48,9 % və 9,4 % azalıb. 

İyul ayında ən yüksək qiymət Qəbələ şəhərində olub. Bu şəhərdə 3 ulduzlu mənzillərdə orta qiymət 175,5 manat (-58,1 %), 4 və 5 ulduzlu mənzillərdə isə müvafiq olaraq 338 manat (-21,7 %) və 533,2 manat (-43,8 %) təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO