DSMF-nin gəlirləri və xərcləri ARTIRILDI 

DSMF-nin gəlirləri və xərcləri ARTIRILDI 

Hazırda oxunan: DSMF-nin gəlirləri və xərcləri ARTIRILDI 

199940

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 30 milyon manat artırılıb. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb. 

Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsinin gəlirlər və xərcləri 6 919 860 000,0 manatdan 6 949 860 000,0 manata qaldırılıb. 
Qanuna əsasən, məcburi dövlət sosial sığorta haqları üzrə gəlir 5 288 135 400,0 manatdan 5 478 135 400,0 manata qaldırılıb. 

Qeyri-büdcə sektoru üzrə məcburi sosial sığorta haqları 3 387 100 000,0 manatdan 3 577 100 000,0 manata qaldırılıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait isə 1 392 000 000,0 manatdan 1 232 000 000,0 manata endirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO