Azərbaycanda dollar satışı ilə bağlı problemlərin yarandığı bir vaxtda ölkədə valyutadəyişmə məntəqələrinin fəaliyyətinin niyə bərpa olunmaması məsələsi gündəmə gəlir. Doğrudur, indiki halda valyuta satışında yaranan problemlərin mahiyyətində dayanan məsələ tam olaraq onun haradan alınması ilə bağlı deyil, amma hər halda ölkəmizdə belə bir problem mövcuddur. Bank fəaliyyət göstərmir və ya yaxınlıqda yerləşmir.
Niyə vətəndaş 100 dollar dəyişmək üçün bir neçə manat da taksiyə xərcləməlidir? Xüsus ilə nəzərə almaq lazımdır ki, pandemiya şəraitində nəqliyyat məsələləri bir az da qəlizləşib.
İqtisadçı Rəşad Həsənov Bizim media-ya açıqlamasında bildirib ki, dünyanın əksər ölkələrində valyutadəyişmə məntəqələri fəaliyyət göstərir:
“Azərbaycan hökuməti 2015-ci ildə valyuta bazarlarına nəzarəti gücləndirmək məqsədlə bu qərarı verib. Valyudəyişmə məntəqələrinin açılması ilə bağlı hüquqi əsaslar yaradılıb. Amma burada problem ondan ibarətdir ki, yeni qaydalara uyğun tələblər biznesin bu istiqamətdə marağını əhəmiyyətli dərəcədə aşağı salıb. Bugünki şərtlər daxilndə valyutadəyişmə məntəqələrinin açılması üçün hər hansı ciddi tələb yoxdur. Mənfəət norması çox aşağıdır. Marja təxminən 0,01 faiz ətrafındadır. Bu marja ilə, xüsusilə də vəsaitlərin əhəmiyyətli hissəsinin depozit formasında saxlanılması tələbi şəraitində biznesin valyuta bazarlarında iştirakçılığa meyil göstərməsi mümkün deyil”.
İqtisadçı qeyd edir ki, burada müəyyən inzibati problemlər də var:
“Hökumət çalışır ki, xüsusilə valyutaya olan tələbi lazım gəldiyi vaxtlarda tənzimləyə bilsin. Buna görə də 2020-ci ildən valyuta satışı ilə bağlı qaydalar sərtləşdirildi, həm banklar tərəfindən valyutanın tam satılmaması, həm fiziki şəxslərə 20 min manat ekvavalentində valyuta satışının nəzərdə tutulması da buna hədəflənib”.
Bununla belə Rəşad Həsənov valyuta satışı ilə bağlı durumun ötən illə müqayisədə daha yaxşı olduğunu bildirib.
Fazilə Əsgərova, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:15 / 04.05.2021
Valyuta dəyişən məntəqələr niyə bağlandı və niyə AÇILMIR?
Hazırda oxunan: Valyuta dəyişən məntəqələr niyə bağlandı və niyə AÇILMIR?
Hazırda oxunan: Valyuta dəyişən məntəqələr niyə bağlandı və niyə AÇILMIR?
19934
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.