Əhali ötən ay geyimə nə qədər pul xərcləyib?

Əhali ötən ay geyimə nə qədər pul xərcləyib?

Hazırda oxunan: Əhali ötən ay geyimə nə qədər pul xərcləyib?

197846

2024-cü ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 2 milyard 821.5 milyon manat vəsait xərclənib. 

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% çoxdur. 

Qeyd edək ki, cari ilin may ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 543 milyon manata bərabər olub. 

Xatırladaq ki, cari ilin yanvar-may ayları ərzində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 13.4%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO