“Dior” qalmaqalın MƏRKƏZİNDƏ - Çantaları 53 avroya alıb, 2600-ə satıb

“Dior” qalmaqalın MƏRKƏZİNDƏ - Çantaları 53 avroya alıb, 2600-ə satıb

Hazırda oxunan: “Dior” qalmaqalın MƏRKƏZİNDƏ - Çantaları 53 avroya alıb, 2600-ə satıb

197104

Fransanın “Dior” moda evi qalmaqalın mərkəzinə düşüb.  

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, “LVMH” qrupuna daxil olan brend İtaliyadakı subpodratçı fabriklərdə qeyri-qanuni mühacirləri istismar etməkdə və işçilər üçün qeyri-qənaətbəxş iş şəraiti yaratmaqda ittiham olunur.  

“Dior” çantalarının və onlarla başqa markanın əşyalarının istehsal olunduğu tədarükçü fabriklərində aparılan yoxlamalar zamanı qeyri-qanuni mühacir olduğu ortaya çıxan işçilərin pis şəraitdə çalışdığı məlum olub.  

Mənbənin sözlərinə görə, insanlar 24 saat rahat işləməyi təmin etmək üçün fabriklərdə yatıb və işləyiblər. Enerji istifadəsi məlumatlarının nəzərdən keçirilməsi də göstərib ki, işçilər çox vaxt gecə və bayram günlərində işləyiblər. İstehsal təhlükəsizliyi də zərər görüb.  Belə ki, istehsalı sürətləndirmək üçün cilalama maşınlarından qoruyucu qapaqlar çıxarılıb. 

İstintaq artıq müəyyən edib ki, İtaliyadan olan çinli subpodratçılar çantalar da daxil olmaqla, “Dior” üçün dizayner məhsulları istehsal edib və onları 53 avroya tədarük ediblər, sonra isə marka onları artıq 2600 avroya və daha baha qiymətə satıb.  

Qeyd edək ki, bu ilin aprelində “Armani” moda evi də fəhlələrin istismarı ilə bağlı oxşar ittihamlarla üzləşib. Bildirilib ki, brendin tədarükçülərindən ən azı biri qanunu pozan subpodratçılardan istifadə edib: guya qeyri-qanuni miqrantlar “Armani” dəri məmulatları və çantalar istehsal edib, onları emal edib və saatda 2-3 avro arasında əmək haqqı alıblar. 
 
Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO