Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yeni hava limanlarının inşa olunması ilə ölkənin təyyarə parkı genişləndiriləcək.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ-ın “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili ilə görüşdə söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Prezident “Boeing Commercial Airplanes”ın rəhbərini qəbul edib
“İki gün bundan əvvəl yeni hava limanlarından birinin təməlini qoydum. Tikintisinə bir neçə ay bundan öncə başladığımız birinci hava limanı isə sentyabrda istismara veriləcək”, - dövlət başçısı qeyd edib.
Bizim.Media