Azərbaycanın məhsulları beynəlxalq sərgidə nümayiş etdirilir - FOTO

Azərbaycanın məhsulları beynəlxalq sərgidə nümayiş etdirilir - FOTO

Hazırda oxunan: Azərbaycanın məhsulları beynəlxalq sərgidə nümayiş etdirilir - FOTO

19301

Çinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi başlayıb.

Bizim.Media bildirir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, sərgidə Azərbaycan da vahid ölkə stendi ilə təmsil olunur.

Azərbaycan stendində ölkəmizdə istehsal edilən qida və içki məhsulları nümayiş olunur, Azərbaycanın investisiya, nəqliyyat-tranzit və turizm potensialı təqdim edilir.

Sərgi çərçivəsində keçirilən "Ölkələr təqdimatı" adlı panel iclasında Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin biznes və investisiya imkanları barədə təqdimatla çıxış edib.

3 gün davam edən sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti yerli şirkətlərlə ticarət və investisiya əməkdaşlığına dair görüşlər keçirəcək.

Qeyd edək ki, Çindao Çinin ən böyük liman şəhərlərindən biri olmaqla yanaşı, Şandon əyalətinin əsas iqtisadi mərkəzi sayılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO