Gürcüstan valyutası tarixi minumumda – 1 manat 2 laridən baha oldu

Gürcüstan valyutası tarixi minumumda – 1 manat 2 laridən baha oldu

Hazırda oxunan: Gürcüstan valyutası tarixi minumumda – 1 manat 2 laridən baha oldu

19233

Gürcüstan valyutası olan larinin ABŞ dolları qarşısında məzənnəsi tarixi minimuma yaxınlaşır. Bu gün Gürcüstan Milli Bankı ABŞ dollarının məzənnəsini 3,4534 lariyə bərabər müəyyən edib ki, bu da ötən il martın 27-dən bəri ən yüksək həddir.

Bizim.Media xəbər verir ki, həmin tarixdə ölkədə ABŞ valyutasının məzənnəsi 3,4842 lariyə bərabər olub.

Maliyyə naziri Laşa Xutsişvili bildirib ki, larinin dəyərdən düşməsi əsasən qonşu Türkiyənin milli valyutası - lirənin ucuzlaşması ilə bağlıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Bugünkü valyuta məzənnələri


"Türkiyədə bir gündə lirə 15-16% ucuzlaşıb. Bu, Gürcüstana təsirsiz ötüşə bilməz. Milli Bank inflyasiyanın hədəf həddinə yaxın olması üçün qiymət sabitliyinə yönəlmiş fəal iş aparır”, - deyə nazir bildirib.

Xatırladaq ki, ölkənin milli valyutası ötən ilin martından – koronavirus (COVID-19) pandemiyasının başlamasından sonra kəskin ucuzlaşmağa başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO