Azərbaycan Sahibkarlar Günü - RƏQƏMLƏR

Azərbaycan Sahibkarlar Günü - RƏQƏMLƏR

Hazırda oxunan: Azərbaycan Sahibkarlar Günü - RƏQƏMLƏR

19008

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir.

Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Bizim.Media Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən xəbər verir ki, hazırda Azərbaycanda sahibkarlıq subyektlərinin təqribən 99 faizini mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir. 
 

MÖVZU İLƏ BAĞLI:

“Sahibkarlıqda yoxlamalar 6 ildir dayandırılıb, amma inkişaf yoxdur” – Ekspertin rəyi


2021-ci ilin 1 yanvar tarixinə qeydiyyata alınmış sahibkarlıq subyektlərinin 92,1 faizini mikro, 5,3 faizini kiçik, 2,1 faizini isə orta sahibkarlıq subyektləri təşkil edir. Bu ilin yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı isə 1 milyonu ötüb. 

KOB subyektləri əsasən ticarət, kənd təsərrüfatı, xidmət, tikinti, emal sənayesi, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərirlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarlarına uyğun olaraq, işçilərinin sayı 10-dək və illik gəliri 200 min manatadək olanlar mikro sahibkarlar, işçilərinin sayı 11-50 arasında və illik gəliri 200 min manatdan 3 milyon manatadək olanlar kiçik sahibkarlar, işçilərinin sayı 51-250 arasında və illik gəliri 3-30 milyon manat arasında olanlar isə orta sahibkarlar hesab edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO