Çörək bu tarixdə ucuzlaşacaq – MÜHÜM AÇIQLAMA

Çörək bu tarixdə ucuzlaşacaq – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Çörək bu tarixdə ucuzlaşacaq – MÜHÜM AÇIQLAMA

187779

Dövlət Gömrük Komitəsinin məlumatına görə cari ilin birinci rübündə Azərbaycana 80 milyon 926 min ABŞ dolları dəyərində dənli bitkilər gətirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57 milyon 732 min ABŞ dolları və ya 41,6% azdır.

Qeyd edək ki, 2024-cü ilin birinci rübündə xaricdən alınan dənli bitkilər ümumi idxalın 3,44 faizini təşkil edib.

Bəs, dənli bitkilərin idxalının azalma səbəbi nədir?

Məsələyə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, taxıl bitkiləri deyəndə ilk ağıla ərzaqlıq buğda gəlir:

“Çünki hər kəsə çörək lazımdır. Ona görə də bildirim ki, bu ilin ilk 3 ayında ölkəmizə ərzaqlıq buğda idxalı azalıb. Amma ötən ilin üçüncü və dördüncü rübünə nəzər salsaq, görərik ki, həmin aylarda əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə çox ərzaqlıq buğda gətirilib.

Nəzərə alaq ki, hər il ölkəmizə bəlli bir miqdarda, təxminən bir milyon 200 min ton civarında ərzaqlıq buğda idxalına ehtiyac var. Bax, bu illik tələbatın xeyli hissəsi ötən ilin üçüncü və dördüncü rübündə idxal edilib.

Bu doğru addım idi.

Çünki həmin vaxt dünya birjalarında ərzaqlıq buğdanın qiyməti xeyli aşağı idi. Məsələn, sentyabrda Rusiyanın ərzaqlıq buğdasının bir tonunun qiyməti 200 dollara qədər ucuzlaşmışdı. Məhz azərbaycanlı iş adamları da həmin vaxt kifayət qədər ərzaqlıq buğda idxal etdilər. Nəticədə, ölkəmizdə ərzaqlıq buğdanın böyük ehtiyatı yaradıldı. Ona görə də bu ilin birinci rübündə kifayət qədər az ərzaqlıq buğda idxal edilib. Yəqin ki, ikinci rübdə də ərzaqlıq buğda idxalı azalacaq”.

Ölkəmizdə kifayət qədər ərzaqlıq buğda ehtiyatı yaradılması çörəyin qiymətinə necə təsir edəcək?

Akif Nəsirli hesab edir ki, indiki halda çörəyin ucuzlaşmasını real görünmür:

“Amma, növbəti aylarda, xüsusən də iyun-iyul aylarında çörəyin qiyməti ucuzlaşa bilər. Bu da dünya bazarlarına yeni tədarük olunacaq ərzaqlıq buğdanın həcmindən asılı olacaq. Əgər bazara daha çox ərzaqlıq buğda çıxarılsa, bu da təbii ki, qiymətlərə öz təsirini göstərəcək. O zaman da çörək bir qədər ucuzlaşar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO