"Azər Türk Bank"da kəskin kiçilmə - RƏQƏMLƏR

Hazırda oxunan: "Azər Türk Bank"da kəskin kiçilmə - RƏQƏMLƏR

18597

“Azər Türk Bank” 2021-ci ilin 1-ci rübünə ciddi azalmalarla start verib. Belə ki, bankın cəmi aktivləri, kredit portfeli, öhdəlikləri, depozit portfeli və s. göstərcilərində kəskin azalmalar olub.

2020-ci ilin 1-ci rübü ilə müqayisədə bankın cəmi aktivləri 7 milyon 224 min manat azalaraq 330 milyon 979 min manata enib.

Dövlət bankının ipoteka kreditləri 17 milyon 885 min manat artaraq 91 milyon 184 min manata yüksəlib. Buna baxmayaraq bankın xalis kreditləri 6 milyon 537 min manat azalaraq 155 milyon 110 min manata düşüb.
 

MÖVZU İLƏ BAĞLI:

“Qanunla banklar əhaliyə kredit verməməlidir” - EKSPERT


Bizim.Media xəbər verir ki, dövlət bankının cəmi öhdəlikləri 1 il ərzində 7 milyon 937 min manat və ya 2,8% azalaraq 274 milyon 226 min manatadək kiçilib.

Hüquqi müştərilərin bankdakı əmanətlərinin həcmi 2020-ci ilin ilk rübü ilə müqayisədə 32 milyon 359 min manat və ya 27,2% azalaraq 86 milyon 383 min manata enib.

“Azər Türk Bank”ın faiz gəlirləri 282 min manat, faiz xərcləri 97 min manat azaldığına görə xalis faiz gəliri 185 min manat azalaraq 3 milyon 539 min manata düşüb.

Bankın məcmu kapitalı 327 min manat azalaraq 50 milyon 207 min manata düşüb. (Valyuta.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO