Boğulan qızlarını xilas etmək istədi, öldü - FOTO

Boğulan qızlarını xilas etmək istədi, öldü - FOTO

Hazırda oxunan: Boğulan qızlarını xilas etmək istədi, öldü - FOTO

18476
Türkiyə bir ailəni başına gələn bu dəhşətdən danışır.
  Sivasda su anbarında boğulan qızlarını xilas etmək üçün suya atılan 55 yaşlı Zəki Çingiz boğularaq həyatını itirib.

HADİSƏNİN TƏFƏRRÜATI

Boğulan qızlarını xilas etmək istədi, öldü - FOTO

Faciə ötən gün saat 17 radələrində baş verib. Ailəsiylə birlikdə anbar gölünün sahilində gəzən 10 yaşlı Hürnaz Özbək suya düşüb. Qızının boğulduğunu görən 28 yaşlı ana Rabia Özbək və 24 yaşlı xalası Serpil Kəpənək uşağı xilas etmək üçün suya tullanıblar. Azyaşlı qızı xilas edən ana və bacısı özləri sahilə çıxmaqda çətinlik çəkiblər. Qızlarını xilas etmək istəyən Zəki Çingiz suya girib. Köməyə qaçan başqa şəxslər Rabia Özbək və bacısı Serpil Kəpənəyi sudan çıxarsalar da, axına düşən Zəki Çingiz gözdən itib.

Həyəcan siqnalından sonra hadisə yerinə gələn xilasetmə dəstələri axtarışa başlayıb. Təxminən saat yarımlıq axtarış öz nəticəsini verməyib.

Bir müddət sonra hadisə yerindən 1.5 kilometr məsafə aralıda, su kənarında bir kişi cəsədinin olduğu barədə xəbər yayılıb. Aparılan araşdırma sonrası cəsədin Zəki Çingizə aid olduğu müəyyən edilib./milli.az/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO