Dollarla bağlı GÖZLƏNİLMƏZ PROQNOZ – “İlin sonuna qədər…”

Dollarla bağlı GÖZLƏNİLMƏZ PROQNOZ – “İlin sonuna qədər…”

Hazırda oxunan: Dollarla bağlı GÖZLƏNİLMƏZ PROQNOZ – “İlin sonuna qədər…”

184590

Xəbər verdiyimiz kimi ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) xərcləri 2023-cü ildəki gəlirini 114,3 milyard dollar üstələyib. Bu da FED-in tarixi ərzində ən böyük əməliyyat itkisi olub. Nəticədə faiz dərəcələri yüksək qaldığı üçün ABŞ hökuməti Mərkəzi Bankı Xəzinədarlığa nağd pul köçürmələrini dayandırmağa vadar edib.

FED-in məlumatına görə, qurum 2022-ci ildə 58,8 milyard dollar xalis gəlir əldə edib. Bankların ehtiyat qalıqları üzrə FED tərəfindən yoxlanılan faiz xərcləri keçən il 2022-ci ilə nisbətən 116,4 milyard dollar artaraq 176,8 milyard dollara çatıb. Əks-repo əməliyyatları üzrə faiz xərcləri isə əvvəlki ildəki 41,9 milyard dollarla müqayisədə 104,3 milyard dollar təşkil edib.

Eyni zamanda, FED-in sahib olduğu istiqrazlardan əldə etdiyi gəlir 2022-ci ildəkindən çox az fərqlənib və 163,8 milyard dollar olub.

Bəs, FED-in tarixdə ilk dəfə bu qədər ziyana düşməsi dolların məzənnəsinə və dünya iqtisadiyyatına necə təsir edəcək?

Məsələyə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, FED-in xərclərinin artması və yaxud rekord səviyyədə zərərə düşməsi o deməkdir ki, ABŞ-ın maliyyə sferasında ciddi problemlər var:

“Bu problemlərin aradan qaldırılması məqsədilə FED maliyyə sistemində tarazlıq yaratmaq üçün müəyyən müdaxilələr edib. Məhz bu müdaxilələr hesabına əlavə xərclər meydana çıxıb. Bu xərclər problemin həcmindən asılı olaraq böyük ölçüdə şişib. Belə mənzərə adətən ABŞ Dövlət Büdcəsinin defoltu ərəfəsində baş verir.

Amma indiki halda ABŞ büdcəsinin defoltu barədə düşüncələr yoxdur. Ona görə də xərclərin bu qədər artması, sadəcə növbəti mərhələdə dolların digər valyutalar qarşısında məzənnədən düşməsinə, ucuzlaşmasına səbəb ola bilər. Təbii ki, bu təsirlərdən də müxtəlif ölkələr müxtəlif formada təsirlənə bilərlər. Məsələn elə ölkələr var ki, dolların dəyərdən düşməsindən faydalana bilər. Elə ölkələr də var ki, bu tendensiya onların iqtisadiyyatına mənfi təsir göstərər”.

Akif Nəsirli hesab edir ki, qarşıdakı 9 ay müddətində ABŞ dollarının zəifləməsi hər ölkədə bir cür qarşılana bilər:

“Məsələn Türkiyədə lirə son bir həftədə dollar qarşısında dəyər qazanmağa başlayıb. Bu tendensiya bir çox ölkələrdə müşahidə olunmaqdadır. Bu Azərbaycanın maliyyə sisteminə də ciddi təsir edə bilər. Əgər dünyada dollar ucuzlaşmağa başlasa, onda bu Azərbaycanın maliyyə sferasına müsbət təsir göstərə bilər. Beləcə manat dollar qarşısında əlavə dəyər qazanacaq. Bundan əlavə bu proses Azərbaycanda maliyyə sabitliyinə çəkilən xərcləri də azaldar. Eyni zamanda, ölkəmizdə dollara olan təlabat azalar”.

Surxay Atakişiyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO