Dövlətə 1189 manat borcu olan şirkət 485 min manatlıq tenderin qalibi OLDU - TƏFƏRRÜAT

Dövlətə 1189 manat borcu olan şirkət 485 min manatlıq tenderin qalibi OLDU - TƏFƏRRÜAT

Hazırda oxunan: Dövlətə 1189 manat borcu olan şirkət 485 min manatlıq tenderin qalibi OLDU - TƏFƏRRÜAT

183426

Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrində cari təmir işlərinin satınalınması məqsədilə ötən ilin dekabrın 4-də elan etdiyi tenderin nəticələrini və qalibini açıqlayıb.  

Bizim.Media xəbər verir ki, ümumi dəyəri 485.367 manat olan tenderin qalibi “Radium Construction” MMC (VÖEN - 1505400311) elan edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

“QaçqınKom”dan 1,1 milyonluq TENDER – Qalib şirkətlər haqqında MARAQLI FAKTLAR – FOTO 


Tərəflər arasında bağlanmış tender müqaviləsininin şərtlərinə əsasən, şirkət 24 və 38 saylı poliklinikalarda, 4 saylı Vərəm Əleyhinə Dispanserində  və 3 saylı şəhər poliklinkasında cari təmir-bərpa işlərini həyata keçirəcək. 

Qeyd edək ki, şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb və 2017-ci ildən inşaat sektorunda fəaliyyət göstərir.

Dövlətə 1186 manat 22 qəpik vergi borcu olan şirkət hazırda Babək prospekti 10, Rusel plaza 12 ci mərtəbədə fəaliyyət göstərir.

Şirkətin rəsmi randc.az portalında qurucu və rəhbər heyəti barədə heç bir məlumat yoxdur. 








Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO