Cari ilin ilk iki ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 7 milyard 226 milyon 608.75 min ABŞ dolları həcmində olub.
Bizim.Media Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 55 milyon 186,15 min dollar və ya 0.77 faiz çoxdur.
MÖVZU İLƏ BAĞLI:
Ötən il Azərbaycanda illik inflyasiya 8,8 % OLUB
Cari ildəki dövriyyənin 4 milyard 779 milyon 971,07 min dolları ixracın, 2 milyard 446 milyon 637.68 min dolları isə idxalı üzərinə düşür.
Bu da onu göstərir ki, 2 ay ərzində ixracın həcmi 2 milyard 333 milyon 333,39 min dollar və ya 48,82 faiz artıb ki, bu da xarici ticarətdə müsbət saldodur.
Rövşən Ziya, Bizim.Media