Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5 %-dən çox artıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5 %-dən çox artıb

Hazırda oxunan: Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5 %-dən çox artıb

182875

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,3 % artaraq 1 milyard 865,2 milyon manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 1 milyard 410,4 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,6 %-ni təşkil edib.
Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 405,6 milyon manatı dövlət, 1 milyard 459,6 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.

İki ayda hər bir ölkə sakini orta hesabla 183,2 manatlıq və yaxud 1 il əvvələ nisbətən 12,9 manat çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO